"Ermənistan üçün yaxşı olmayacaq" - ŞƏRH EDİLDİ

12 Mart 2025 16:36 (UTC+04:00)

"Avropa ittifaqının Ermənistanı silahlandırması ilə bağlı məlumat yayılmaqdadır". Bunu SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

O bildirib ki, bu ittifaq özü Ermənistana maliyyə vəsaitini ayıracağı ilə bağlı fikirlər səsləndirir: "Amma Avropa İttifaqı daxilində bəzi dövlətlər var ki, onlar Ermənistana silahlandırmağa daha çox üstünlük verirlər. Hesab edirəm ki, Avropa ittifaqının ən çox su fondu vasitəsilə Ermənistanı silahlandırması ilə bağlı məlumat var. Amma burada daha çox diqqət yetirsək görəcəyik ki, Avropa İttifaqında əsas lokomotiv ölkələrə Fransanın Ermənistanı silahlandırması ilə bağlı məlumatlar yayılmaqdadır. Eyni zamanda orada Yunanıstanın bu sahədə aktiv olduğunu deyə bilərik.

Yeni müharibəyə başlaya bilərlər amma yeni müharibənin nəticəsi Ermənistan üçün yaxşı olmayacaq. Avropa İttifaqı daxilində İttifaq özü Ermənistan-Azərbaycan münasibətlərində xüsusi fərqlər qoymaqdadır. Bu da münaqişənin daha da alovlandırmaq niyyətində olduqlarını düşünürəm. Baxmayaraq ki, Avropa İttifaqı birinci dəfədə 200 milyon dollar ayırmışdı, indi bəzi məlumatlara görə artıq 400 milyon dollara qədər qaldırmaq istəyirlər".