"Əvvəlcədən nəyisə demək əslində düzgün deyil" - EKSPERT DANIŞDI

12 Mart 2025 15:52 (UTC+04:00)

"Yol-hərəkəti haqqında və nəqliyyat vasitələrinin qeydiyyata alınması ilə bağlı rüsumlarda elə bir ciddi dəyişiklik yoxdur". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.

Onun sözlərinə görə, Vətən müharibəsi qazilərinin, veteranların, ümumiyyətlə əlillərin və digər sosial təminatı az olan şəxslərin nəqliyyat vasitəsi ilə təmin olunmasını dövlət öz üzərinə götürmüşdür: "Yəni onların nəqliyyat vasitəsi ilə təminatını dövlət üzərinə götürdüyü üçün hər hansı bir nəqliyyat vasitəsinin alınması zamanı, gətirilməsi zamanı gömrük rəsmiləşdirilməsində bunlar nəzərdə tutulmayıb. Digər bir məsələ isə başqa prosedurlar və ya gələcəkdə olacaq hər hansı bir yeniliklərdə, əlavə dəyişiklik olacağını demək çətindir. Bu dövlətin birbaşa verdiyi bir qərardır. Onun üçün də əvvəlcədən nəyisə demək əslində düzgün deyil".