Bakıda səkidə metal konstruksiyadan özbaşına artırma işlərinin qarşısı alınıb

12 Mart 2025 15:50 (UTC+04:00)

Bakının Xətai rayonu, Xocalı prospektində piyada səkisində metal konstruksiyadan özbaşına artırma işlərinin qarşısı alınıb. SİA bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, komitənin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları qeyd edilən ünvanda monitorinq keçirərək, piyada səkidə metal konstruksiyadan özbaşına artırma işlərinin aparılması faktı aşkar edib: “İdarə əməkdaşlarının operativ müdaxiləsi nəticəsində özbaşına artırma işlərinin qarşısı alınıb”.