Nərimanov rayonu, “Metro Park” ın altında yerləşən “Rahat” marketdə şirniyyat şöbəsində tarakanın gəzməsi ilə bağlı narazılıq yaranıb. SİA xəbər verir ki, bu barədə Bakı sakinlərindən biri sosial şəbəkələrdə paylaşım edib. Bildirilib ki, bu hallar sözügedən marketdə tez-tez baş verir.
Mövzu ilə bağlı “Rahat” marketin mətbuat xidmətinə sorğu ünvanladıq. Marketdən bildirilib ki, onlar yayılan məlumatı təzkib etmirlər: “Amma hamının başına gələcək bir hadisədir. Evimizdə də belə bir şey çıxır və dərmanlayırıq, çıxıb gedir. Butək bizdə deyil. Biz müvafiq qurumlarla işləyirik. Təmizlik şirkətləri var. Hətta tez-tez orada təmizləmə aparılır.
Ümumiyyətlə, bütün şəbəkələrimizdə bu baş verir. Yəni, dərmanlamalar gedir və bu kimi tarakan olsun, ağcaqanad olsun, yaxud da milçək olsun, cücü olsun, fərqi yoxdur həşəratlara qarşı dərmanlamalar aparılır. Amma çox təəssüf ki, belə hadisələr olur. Bunun başqa adı yoxdur.
Hamının başına gələ biləcək bir hadisədir. Bununla bağlı həmişə tədbirlər görülür, qaçılmaz bir şeydir. Belə deyək, onun nə ağlı var, nə də zehni ki, durub nəzarət edəsən, “etmə, eləmə” deyəsən. Hətta insana nəzarət etmək çətindir. Bir şey ki, balaca bir böcəkdir, istədiyi vaxt haradansa, necəsə çıxa bilər. Ona görə də bu, qaçılmazdır”.
Ayşən Vəli