Azərbaycan milli komandasının martın 22-də Haiti və 25-də Belarus yığmaları ilə keçirəcəyi yoldaşlıq oyunlarının hakim təyinatları müəyyənləşib. SİA xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti ilə baş tutacaq görüşü Türkiyədən, “Bank Respublika Arena”da Belarusla təşkil olunacaq qarşılaşmanı isə Gürüstandan olan baş hakim idarə edəcək.
Hər iki matç saat 21:45-də başlayacaq.
22 mart
21:45. Azərbaycan - Haiti
Hakimlər: Kadir Sağlam, Dəniz Caner Ozaral, Anıl Usta (hamısı Türkiyə), Fərid Hacıyev (Azərbaycan).
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
25 mart
21:45. Azərbaycan - Belarus
Hakimlər: Aleko Aptsiauri, Davit Axvlediani, Davit Qabisoniya (hamısı Gürcüstan), Tural Qurbanov (Azərbaycan).
“Bank Respublika Arena”