"Putin tələyə düşməkdən qorxur..?"

13 Mart 2025 00:05 (UTC+04:00)

...Rusiya mənbələri ABŞ-ın Kiyevin dəstəklədiyi 30 günlük atəşkəs təklifinə ehtiyatla reaksiya verib. Onlar bildiriblər ki, müharibəni bitirmək üçün istənilən razılaşma döyüş meydanındakı vəziyyəti nəzərə almalıdır.

SİA-nın məlumatına görə, bu barədə “Reuters” xəbər verir.

Deməli, Rusiyanın yüksək vəzifəli mənbəsi “Reuters” agentliyinə bildirib ki, Vladimir Putinin şərtləri müzakirə etmədən və bəzi zəmanətlər almadan atəşkəsə razılaşması çətin olacaq.

…Putinin buna hazırkı formada razılaşması çətindir. Putin güclü mövqedədir, çünki Rusiya hücumdadır(?).

Bunu isə anonim mənbə bildirib.

Mənbə onu da bildirib ki, atəşkəs zəmanəti olmasa, Rusiyanın mövqeyi sürətlə zəifləyə bilər və bu zaman Qərb Rusiyanı müharibəni bitirməməkdə ittiham edə bilər.

…Digər yüksək rütbəli rus mənbəsi bildirib ki, Moskvanın nöqteyi-nəzərindən atəşkəs təklifi tələ kimi görünür, çünki konkret təminatlar və vədlər olmadan Putin üçün müharibəni dayandırmaq çətin olacaq.

…Ümumi mənzərə ondan ibarətdir ki, Birləşmiş Ştatlar hərbi yardım və kəşfiyyat mübadiləsini bərpa etməyə razılaşıb və bu addımı atəşkəs təklifi ilə dondurub.

Üçüncü rus mənbəsi deyib bunu.

Qeyd edilməlidir ki, Kreml hələlik bu məlumatı şərh etməyib.

…Bizə atəşkəs lazım deyil, bizə Rusiya Federasiyası və onun vətəndaşları üçün təminatlarla təmin olunmuş uzunmüddətli sülh lazımdır. Bu zəmanətləri necə təmin etmək çətin sualdır.

Xatırlayırsınızsa, Putin ötən ilin dekabrında demişdi bunu.

Yeri gəlmioşkən, Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzü yüz minlərlə insanın ölümünə və yaralanmasına, milyonlarla insanın didərgin düşməsinə səbəb olub və...

...1962-ci ildə Kuba raket böhranından sonra Moskva ilə Qərb arasında ən böyük qarşıdurmaya səbəb olub.

...ABŞ prezidenti Donald Tramp ABŞ-ın Rusiyaya qarşı əvvəlki siyasətini dəyişərək, Moskva ilə ikitərəfli danışıqlara başlayıb.

Vaşinqton Ukrayna ilə hərbi yardım və kəşfiyyat məlumatlarının mübadiləsini dayandıraraq, Ukraynanın müharibəni bitirmək üçün şərtlərlə razılaşmalı olduğunu deyib.

Bununla belə, Kiyev atəşkəs təklifini dəstəkləməyə hazır olduğunu bildirdikdən sonra Birləşmiş Ştatlar martın 11-də hərbi yardım və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etməyə razılaşıb.

Əli Babayev