“Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın məqsədləri məlum olub

12 Mart 2025 13:18 (UTC+04:00)

Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nda 10 məqsəd nəzərdə tutulub.

SİA xəbər verir ki, bunlar aşağıdakılardır:

- hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi, əməliyyatların səmərəliliyinin artırılması;

- ticarətin və turizmin inkişafına töhfə verməklə iqtisadi inkişafın və məşğulluğun artırılması;

- dövlət sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsi;

- keyfiyyətli aviasiya xidmətlərinə əlçatanlığı təmin etməklə sərnişinlərin səyahət təcrübəsinin yaxşılaşdırılması;

- hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində kadr hazırlığının və beynəlxalq əməkdaşlığın genişləndirilməsi;

- rəsmiyyətin sadələşdirilməsi sahəsində ölkənin milli qanunvericiliyinin beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə uyğunlaşdırılması və hava gəmilərinin, hava gəmisi heyəti üzvlərinin və sərnişinlərin hava limanlarında (aeroportlarda) daşınmasının təkmilləşdirilməsi üçün normativ hüquqi bazanın formalaşdırılması;

- Dövlət Proqramının həyata keçirilməsinə cəlb edilmiş rəsmiyyətin sadələşdirilməsi sahəsində fəaliyyət göstərən dövlət qurumlarının (orqanlarının), xidmət təminatçılarının və yerüstü xidmət təminatçılarının fəaliyyətinin əlaqələndirilməsi və rəsmiyyətin sadələşdirilməsi üzrə birgə fəaliyyətin təşkili;

- sahəvi islahatlar sayəsində rəqabət qabiliyyətinin yüksəldilməsi, daha çox sərnişin və turist cəlb edilməsi;

- hava limanlarının (aeroportların) strukturunun təkmilləşdirilməsi və marşrut şəbəkəsinin genişləndirilməsi üçün ölkənin beynəlxalq sərnişin daşımalarında Avropa və Asiya arasında tranzit qovşağı kimi perspektivliyinin yüksəldilməsi;

- regional hava limanlarının (aeroportların) digər dövlətlərdə qeydiyyatda olan istismarçıların iştirakı ilə istismarının stimullaşdırılması və fəaliyyətlərinin genişləndirilməsi.