Azərbaycan İdman Akademiyasında rebrendinq tədbiri keçirilib. SİA xəbər verir ki, akademiyanın inzibati binasında keçirilən tədbirdə Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, müxtəlif idman federasiyalarının nümayəndələri, mətbuat mənsubları iştirak ediblər.
Mərasimdə öncə Dövlət Himni səsləndirib, sonra ərazi bütövıüyümüz uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan İdman Akademiyasının prorektoru Ülkər Babayeva hər kəsi salamlayaraq, idman sektorunun nümayəndələrini görməkdən məmnunluq hissi keçirdiyini vurğulayıb: “Bizim adımızın dəyişdirilməsi və adımızın dəyişdirilməsi kimlik dəyişməsi ilə əlaqədardır. Bizim bu günə kimi atdığımız addımlar və fəaliyyətimiz göz önündədir. Bundan öncəki adımız daha ənənəvi ad daşıyırdı. İdman elmi bütün dünyada tanınır. Bununla bağlə tədqiqatlar aparılaraq, kitablar çıxarılır. Bizim adımız Azərbaycan İdman Akademiyası bütün dillərdə ASAB adlandırılacaq. Bunun hüquqi transfermasiyası ondan ibarətdir ki, biz publik hüquqi şəxsə çevrildik. Bu da bizim böyüməyimizə təkan verəcək. Həmçinin əmək bazarına imkan verəcək. İdman Akademiyası kifayət qədər müasir təhsil qurumudur”.
Daha sonra Azərbaycan İdman Akademiyasının inzibati binası və fəaliyyəti ilə məlumat xarakterli video-çarx nümayiş etdirilib.
Azərbaycan İdman Akademiyasının yeni loqosu təqdim olunub. Bunu yeni loqonun dizayn qrupunun rəhbəri Şamil Ramazanov təqdim. O bildirib ki, rəng paletrasında yaşıl rəngə üstünlük verilib: “Daha dinamik və müasir notlardan istifadə etmək üçün bu cür loqoya üstünlük verdik. Loqonun üzərindəki xətlər qaçış zolağını əks etdirir”.
Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev Akademiyanın yeni adının və loqosunun əhəmiyyətindən bəhs edib.
Qeyd edək ki, Azərbaycan İdman Akademiyasının adı ötən il dəyişdirilib.