Kəmaləddin Heydərovun Salyanda vətəndaşların qəbulunun vaxtı dəyişib

12 Mart 2025 12:56 (UTC+04:00)

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən martın 14-də Salyan şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişib. Bu barədə SİA-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.