"Məhkəməyə şikayətlər nəticəsində yeni problemlərin aliment yaxud nigah məsələlərinin pozulması barədə fikirlər yaranır. Bu fikirlərin aradan qaldırılması üçün vəətəndaşları aliment, yaxud nigah barəsində maafirləndirmə prosesləri həyata keçirilməlidir" SİA xəbər verir ki, bunu Azərbaycan Respublikası Ədliyyə Nazrinin müavini Abiddin Hüseynov Milli Məclisin “Konstutisiya və suverenlik ili” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları-konstutision hüquqların əsas prioriteti kimi” adlı keçirdiyi dinləmədə deyib.
Onun sözlərinə görə, ailə cəmiyyətin özəyi kimi konstutisiyada öz əksini tapıb: “Ailə cəmiyyət üçün təlim və tərbiyə mühitidir. Azərbaycan respublikası konstutisayında ailə, uşaq və nigah məsələsinə çox geniş yer verilmişdir.
Son dövrlərdə Ədliyyə Nazirliyinə nigah pozulması bu barədə müraciəti edən şəxslər olmuşdur. Bilər bu şəxslərə psixoloq tövsiyyələri edilik. Bu vəziyyətdən sonra 20% insan nigahın pozulması istəyinin qərarını dəyişir”.
Onun sözlərinə görə, bununla yanaşı hamımızı narahat edən faktlardan biri də nigahların pozulması və aliment məsələləri barəsindədir: "Bu işin fonunda daha effektiv çalışmaq üçün Ədliyyə Nazirliyi əlindən gələni edir. Lakin son vaxtlarda bu işlərlə bağlı mübarizə etməkdə çətinlik çəkirik. Bunun üçün vətəndaşların dəstəyinə ehtiyacımız vardır. Həmçinin məsələ ilə bağlı vətəndaşların maarifləndirmə işləri aparılmaldır".