Naxçıvanın bəzi yerlərində bu gün su olmayacaq

12 Mart 2025 11:41 (UTC+04:00)

Naxçıvan şəhərinin bəzi yerlərində içməli suyun verilişində fasilə yaranacaq. SİA-nın məlumatına görə, Naxçıvan şəhərinin Babək, 56, 58-ci məhəllələri, Qaraçuq, Qaraxanbəyli, Bulqan kəndlərini, H. Rəhmanov və bir sıra əraziləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəza ilə bağlı martın 12-də suyun verilməsi dayandırılacaq.

Qeyd edilib ki, təmir-bərpa işlərinin gün ərzində yekunlaşdırılması planlaşdırılır.