Azərbaycanda əmək müqavilələrinin sayı

12 Mart 2025 10:53 (UTC+04:00)

Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 461,1 minvahid artaraq bu il martın 1-nə 1 milyon 862 min 981-ə çatıb. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu illər ərzində qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 435 264 vahid artaraq 975 186olub.

"Təşviq əsaslı vergi siyasətinin əmək bazarına müsbət təsirləri davam edir", - deyə məlumatda qeyd olunub.