Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb

12 Mart 2025 10:13 (UTC+04:00)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,06% azalaraq 2 919,2 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,33% artaraq 33,26 ABŞ dollarına bərabər olub.