Nyu-York birjasında təbii qazın qiyməti cüzi artıb

12 Mart 2025 09:17 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, apreldə çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,05% artaraq4,349 ABŞ dolları təşkil edib.