Dünya bazarlarında neft bahalaşıb

12 Mart 2025 09:10 (UTC+04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin may müqaviləsinin dəyəri 0,7% artaraq 1 barelə görə 70,05 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,74% artaraq 1 barelə görə 66,74 ABŞ dollarına bərabər olub.