Kir Starmer ABŞ və Ukrayna arasındakı atəşkəs planını alqışlayıb

12 Mart 2025 07:35 (UTC+04:00)

Böyük Britaniyanın Baş naziri Kir Starmer Rusiya-Ukrayna arasında ABŞ-ın təklif etdiyi 30 günlük atəşkəs planının razılaşdırılmasını sülh üçün əhəmiyyətli irəliləyiş adlandırıb. SİA “The Independent”ə istinadla xəbər verir ki, Starmer münaqişənin gedişatını müəyyən edəcək növbəti addımı Moskvanın atmalı olduğunu deyib:

“Bu, Ukrayna üçün sülh yolunda mühüm bir andır və indi biz hamımız sabit və davamlı sülhə mümkün qədər tez nail olmaq üçün səylərimizi ikiqat artırmalıyıq”, - deyə o, bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya hərbi yardımın dayandırılmasına dair əvvəlki qərarını ləğv etdiyini və Kiyev ilə kəşfiyyat məlumatlarının paylaşılmasının dərhal bərpa ediləcəyini bəyan edib.