Ronaldonun sevgilisi moda nümayişinə elə geyimdə gəldi ki... - FOTO

12 Mart 2025 06:51 (UTC+04:00)

Futbolçu Kriştiano Ronaldonun sevgilisi, model Corcina Rodriqes Paris Moda həftəsinə qatılıb. SİA xarici KİV-ə istinadla bildirir ki, Corcina Fransa paytaxtında Palais De Tokyoda Paris Moda həftəsi zamanı Elie Saab payız/qış 2025-2026 qadın geyim nümayişinə qatılıb. Rodriqes ağ rəngli şalvar və qısa süni kürkdə kameralar qarşısına keçib. Model saçlarını hündür at quyruğu halına salıb, gözlərini və dodaqlarını makiyajla vurğulayıb, brilyant qaşlı sırğalar taxıb.