Türkiyənin “Show TV” kanalında yayımlanan, bu həftə final bölümü çəkilən “Siyah Kalp” serialı ilə bağlı təəccüblü qərar verilib. SİA Türkiyə KİV-ə istinadən xəbər verir ki, heyətində önəmli adların yer aldığı serial mövsümün sonuna qədər davam edəcək. Bu qərar serialın reytinqlərinin artmasına görə alınıb.
Qeyd edək ki, “Siyah kalp” Kapadokyada çəkilir. Baş rollar olan “Cihan”, “Sumru”, “Nuh”, “Sevilay”ı Burak Tozkoparan, Ece Uslu, Aras Aydın və Leyla Tanlar canlandırır.