Ukrayna Rusiya ilə müharibəyə son qoyacaq razılaşmanı qəbul edib

11 Mart 2025 23:20 (UTC+04:00)

“Ukrayna Səudiyyə Ərəbistanında keçirilən görüşdə Tramp administrasiyası tərəfindən irəli sürülən atəşkəsin təmin edilməsi və Rusiya ilə müharibəyə son qoyulması üçün irəliyə doğru bir addım olan razılaşmanı qəbul edib”.

SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Marko Rubio deyib. “Biz bu təklifi indi ruslara çatdıracağıq və ümid edirik ki, onlar təsdiq cavabı verəcəklər”, - deyə bildirib. O, müqavilənin təfərrüatını açıqlamayıb.