Heydər Əliyev Mərkəzində “Cənnət yuxusu” bədii-sənədli filminin təqdimatı olub - YENİLƏNİB - FOTOLAR

11 Mart 2025 21:35 (UTC+04:00)

Martın 11-də Heydər Əliyev Mərkəzində görkəmli Azərbaycan portretçisi və ornamentalist rəssamı, dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyinə həsr olunmuş “Cənnət yuxusu” bədii-sənədli filminin təqdimatı keçirilib. SİA xəbər verir ki, film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Yaradıcı Azərbaycan” Tədbirlər Planı çərçivəsində istehsal olunub. Ekran əsəri Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığından, eyni zamanda, qədim İrəvan şəhərinin tarixi və mədəni irsindən bəhs edir.

Filmin təqdimatından sonra çıxış edən filmin quruluşçu rejissoru Elxan Cəfərov, Xalq artisti Yalçın Adıgözəlov, ssenari müəllifi Yavər Rzayev filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib.

Qeyd edək ki, filmin ssenari müəllifi Yavər Rzayev, quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Ruslan Ağazadə, quruluşçu rəssamı Səbuhi Atababayevdir. Eyni zamanda, ilk dəfə olaraq film ərzində Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Vasif Adıgözəlovun “Zabul-Segah” simfonik muğamından istifadə edilib.