Məktəblilərə atəş açan şəxs saxlanılıb...

11 Mart 2025 19:15 (UTC+04:00)

Məhkəmə Moskvanın qərbində məktəblilərə tapançadan atəş açan şəxs barəsində həbs qətimkan tədbiri seçib.

SİA-nın məlumatına görə, bu barədə Lenta.ru-ya Rusiya İstintaq Komitəsinin paytaxt qərargahı bildirib.

Bundan əvvəl İstintaq Komitəsi moskvalıya qarşı Rusiya Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci (“Xuliqanlıq”) ilə ittiham irəli sürüb.

Dindirilmə zamanı o, təqsirini qismən etiraf edib.

İlkin məlumata görə, hər şey bazar günü, martın 9-da baş verib.

Yeniyetmələr Moskvanın Solntsevo rayonunda itlərini gəzdirdikdən sonra evə qayıdarkən bir nəfər onlara hücum edib və başlarını nişan alaraq 7 atəş açıb.

Məktəblilər girişə qaçaraq gizlənə biliblər. Atəş açan şəxs saxlanılıb.

Nazlı Almuradova