...Xiaomi ev üçün ən qeyri-adi qadcetlərdən birini – “ağıllı” komodini təqdim edib.
SİA-nın məlumatına görə, mahiyyət etibarilə bu, dəbli dizaynı və çoxlu faydalı qadcetləri olan çoxfunksiyalı mərkəzdir.
Yeni məhsul Fun Sleep Smart Multi bedside Table G1 adlanır. Bir mebel parçasına smartfonlar üçün simsiz şarj cihazı, daxili ağıllı dinamikli zəngli saat və hətta 80 kq-a qədər çəkiyə tab gətirə bilən polad seyf də daxildir. Onu barmaq izi ilə və ya rəqəmsal parol daxil etməklə açmaq olar.
Yataq masası həmçinin dinamik işıqlandırma və səhər şəfəqini təqlid edən daxili gecə işığı ilə təchiz edilmişdir. …Qadcetları naqil vasitəsilə doldurmaq üçün USB-A və USB-C portları və hətta adi məişət cihazlarını birləşdirmək üçün bir neçə 240 vattlıq rozetkalar var.
Qeyri-adi ev qacetinin qiyməti 1199 yuan və ya təxminən 165 dollardır. O, qara və ağ rənglərdə mövcuddur.
Nazlı Almuradova