Azərbaycanın həndbol millisi Moldovaya məğlub olub

11 Mart 2025 17:04 (UTC+04:00)

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi bu idman növündə inkişaf etməkdə olan ölkələrin çempionatına məğlubiyyətlə başlayıb. SİA-nın məlumatına görə, yığma Bolqarıstanın Varna şəhərində təşkil olunan turnirin ilk matçında Moldova ilə üz-üzə gəlib.

B qrupunun qarşılaşması rəqibin qələbəsi ilə bitib - 33:21.

Qeyd edə ki, yığma qrupda Nigeriya və ABŞ ilə də üz-üzə gələcək.