Azərbaycan cüdoçuları Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Çexiyanın Nimburk şəhərində təşkil olunan Olimpiya Təlim Düşərgəsində iştirak edirlər. SİA xəbər verir ki, hazırlıq prosesinə yığmanın 19 üzvü (9 kişi, 10 qadın) cəlb olunub.
Cüdoçulara kişilərdən ibarət yığmanın böyük məşqçisi Robert Kravçik və qadınlardan ibarət millinin baş məşqçisi Amina Abdullatif rəhbərlik edir.
Təlim-məşq toplanışı martın 21-dən 23-dək Gürcüstanda keçiriləcək "Böyük Dəbilqə" turnirinə, həmçinin qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, Olimpiya Təlim Düşərgəsi martın 17-də başa çatacaq.