"Ayan Allahverdiyevanı "medal maşını" adlandırırıq" - Şahmat məşqçisi danışdı

11 Mart 2025 13:59 (UTC+04:00)

"Bu yarışda 5 idmançı ilə təmsil olunurduq". Bunu SİA-ya açıqlamasında şahmat məşqçisi Fərid Abbasov deyib.

O, Monteneqroda təşkil edilən 20 yaşlılar arasında şahmat üzrə dünya çempionatında gümüş medal qazanan Aəzrbaycan şahmatçısı Ayan Allahverdiyevanın çıxışını dəyərləndirib.

Abbasov bildirib ki, şahmatçılarımız ikisi oğlan, üçü isə qız olmaqla ölkəmiz adından bu yarışda çıxış ediblər: "Ayan Allahverdiyevanı öz aramızda "medal maşını" adlandırırıq. O, 4 qat Avropa çempionu, 18 yaşlılar arasında keçirilən dünya çempionatının bürünc medal mükafatçısıdır. Dəfələrlə ikinci, üçüncü yerlərə layiq görülüb. Bütün bunlar böyük zəhmət və əziyyət tələb edir. Ayan şahmatçı kimi nümunəvi bir insandır. O hər kəsə istənilən mənada bir örənəkdir. Çalışqandır, öz üzərində də daim işləyir. Hər şeyi dəyərləndirir. Ailəsinə, xüsusilə də anasına bu uğurda böyük pay düşür. Daim irəlidə olsun. Belə bir yarışlarda hər dəfə medal qazanmaq bir möcüzədir. Dünyanın ən güclü və irəlidə olan oyunçuları burada iştirak edirdi".

Təcrübəli mütəxəssisin sözlərinə görə, şahmatçılarımız öz yaş qruplarında olan ən güclü qrupda mübarizə aparırdılar. 50 ölkədən 200-ə yaxın şahmatçı birincilik uğrunda mübarizə aparırdı. Bu yarış birinci dünya çempionu adı qazanmağa imkan verir və Dünya Kubokuna vəsiqə qazandırır. Sıravi şahmatçıların Dünya Kuboku kimi mötəbər yarışlarda iştirak şansını yalnız burada əldə edir. Bu yeganə yarışdır ki, burada birinci yeri tutanlar birbaşa olaraq şahmatda qrossmeyster adına layiq görülür. Bu da o deməkdir ki, yarışın statusu, gücü çoxdur. Düzdür top qrossmeysterlər iştirak etmirdi, amma çox güclü yarış idi. Hindistan, Qazaxıstan və s. ölkələrin bu yaş qrupundan olan şahmatçılarının səsi dünyaya yayılıb. İstər oğlanlarda, istərsə də qızlarda hər zaman medal dalınca getsək də, belə yarışlarda medal qazanmaq dəhşətli dərəcədə çətindir. Hər şeyə real baxmaq lazımdır. İmkanları bizdən dəhşət çoxdur. Burada söhbət idmançıların potensialından gedir. Kim ki, gedib medal qazanır onlar qəhrəmandılar. Bizdə Ayandırsa, Ayan kimi şahmatçılardan Hindistanda 20-30-dur. Eyni səvviyədə, gücdə və formada çalışan motivasiyalı idmançlar hədsiz çoxdur. Bunların arasında medal qazanmaq əvəsizdir. Özüm də bir şahmatçı kimi deyə bilərəm ki, bu böyük əzimkarlıq tələb edir. Digər şahmatçılaırmızda turnirin əvvəlində yaxşı başlasa da, digər səbəblər onlara təsir etdi.

O vurğulayıb ki, Lalə Hüseynova gənc, yeniyetmə şahmatçıdır: "15 yaşı olmasına baxmayaraq özündən böyüklərlə çıxış etsə də, məharətlə mübarizə apardı. Nərmin Abdilovadan yaxşı nəticə gözləyirdik, amam alınmadı. Şiroğlan Talıbovda yaxşı başlasa da, nəticə əldə edə bilmədi. Ümid edirəm ki, onların hər biri gələcəkdə yaxşı nəticələr əldə edəcək. Xəzər Babazadə 2023-cü ildə dünya çempionatında gümüş medal qazanmışdır. O uzun illərdən sonra oğlanlar arasında medal gətirən yeganə şahmatçılmızdır. Ondan da üstün nəticə gözləyirdik. Ümd edirəm ki, bu şahmatçılkarımızın hər biri gələcəkdə öz nəticələri ilə bizi sevindirəcəklər"