Gəncədə yeniyetməni maşın vurub

11 Mart 2025 13:47 (UTC+04:00)

Gəncədə 15 yaşlı oğlanı maşın vurub. SİA-nın məlumatına görə, avtomobil yolu qarşı tərəfə keçmək istəyən Şəmkir rayon sakini 2010-cu il təvəllüdlü E.Rəhimlini vurub.

Yeniyetmə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.