Artıq üç aydır ki, Abşeron rayonu, Qobu yolu Hökməli dairəsindən 2-3 km aralıda yerləşən yol suyun altındadır. Bununla bağlı Aytən Allahverdiya adlı vətəndaş şikayət ünvanlayıb.
O bildirib ki, sözügedən ərazidə yola kanalizasiya sularının axması sürücülərlə yanaşı, piyadalar üçün də çətinlik yaradır. Əldə olunan məlumata görə, kanalizasiya suyu məhəllələrdəki evlərdən birbaşa yola axıdılır. Nəticədə həm yol palçıq olur, həm də antisanitar vəziyyət yaranır.
SİA mövzu ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlayıb.
Qurumdan verilən məlumata görə, görüntülər köhnə tarixə aiddir: “Bir neçə müddət öncə ərazidəki tullantı su xəttində qəza baş verib. Müvafiq rayon sukanal idarəsinin qəza briqadası tərəfindən problem aradan qaldırılıb”.
Ayşən Vəli