"Səbail"in hücumçusu Ruanda yığmasına dəvət alıb

11 Mart 2025 12:57 (UTC+04:00)

"Səbail"in hücumçusu İnnosent Nşuti Ruanda yığmasına dəvət alıb. Bu barədə SİA-ya Bakı klubunun mətbuat xidmətindən məlumat verilib.

Ruanda millisi DÇ-2026-nın seçmə mərhələsində Nigeriya və Lesoto ilə üz-üzə gələcək.