"Kəpəz"in yarımmüdafiəçisi Şervoni Mabatşoev qarşıdakı iki oyun üçün Tacikistan millisinə çağırılıb. Bu barədə SİA-ya Gəncə klubunun mətbuat xidmətindən məlumat verilib.
Tacikistan komandası əvvəlcə martın 20-də Belarusla yoxlama matçı keçirəcək. Bundan 5 gün sonra isə Asiya Kuboku-2027-nin seçmə mərhələsində Timor-Leste ilə qarşılaşacaq.
Hər iki görüş Düşənbə şəhərində baş tutacaq.