"Əslində 44 günlük müharibədən sonra Cənubi Qafqaz üçün yeni imkanlar yaranmışdı". Bunu SİA-ya açıqlamasında politoloq Araz Aslanlı bildirib.
Onun sözlərinə görə, tarixin yaxın dövründə ilk dəfədir ki, Cənubi Qafqazda qalıcı sülh əldə etmək imkanı yaranıb: "Cənubi Qafqazın münaqişə bölgəsi yox əməkdaşlıq, inkişaf, rəfa, sülh bölgəsidir. Amma Ermənistandakı revanşist meyillər, bir yandan erməni lobbisinin radikal qanadının aqressiv yanaşması, regionda marağı olan bəzi digər dövlətlərin doğru olmayan mövqeyi buna mane olur. Ermənistanı sülhdən çəkindirməyə guya Azərbaycanın Ermənistan üçün təhlükə yaratdığını iddia etməyə çalışırlar. Ermənistanı silahlandırmağa çalışırlar. Bölgələrdəki kommunikasiya kanallarının açılmağına maneə olmağa çalışırlar. Burda biz həm müxtəlif beynəlxalq təşkilatlarınŞ həm də bəzi dövlətlərin doğru olmayan mövqeyini görürük. Təbii ki, münasibətləri inkişaf etdirmək ayrı-ayrı dövlətlərin özünün hüququdur. Amma bu hüqüq o vaxt müzakirə mövzusu olunur ki, bu hüquqda istifadə başqalarına mane olmasın, sülhə problem yaratmasın.Əksinə sülhə və əməkdaşlığa xidmət etsin. Bu mənada Ermənistanın müəyyən xarici dövlətlərlə əlaqələri o cümlədən bəzi Avropa dövlətlərinin Ermənistanı sülhdən çəkindirməyə çalışması,revanşizmə meyil etdirməsi, guya Azərbaycanın hansısa təhlükə yaratdığı barədə iddialar səsləndirməsi, Azərbaycan Ermənistan sərhəddinə hansısa missiyalar göndərməyə çalışması, Ermənistana daha əvvəlki dövrlə müqayisədə daha çox silah satmağa çalışması bunlar doğru yanaşma deyil. Çünki Azərbaycanın qalib dövlət olduğu halda hər bir iqtisadi-diplomatik qüdrəti çox güclüdür. Müharibədən sonra Azərbaycanın verdiyi açıqlamalarda ən ali rəhbərlik səviyyəsində olduğunu və Cənubi Qafqazın sülh bölgəsinə çevirmək istədiyini vurğulayır.Digər dövlətlər hansı ki daha çox dəyərlərdən, sülhdən danışanlar bu prosesə töhvə verməyə çalışmalıdırlar. Bu dövlətlərin içərisində təəssüf ki, Avropa dövlətləri də var. . Onlar əksinə kommunikasiya kanallarının açılmasına çalışmaq əvəzinə kommunikasiya xəttlərinin bağlı olmasına çalışmaları sülhə imkan yaradacaq layihələr reallaşdırmaq əvəzinə Ermənistana daha çox silahlandırmağa çalışmaları bunlar heçdə regionda qalıcı sülhün əldə olmağına xidmət etmir. Əksinə bu yaranmış imkanlardan istifadə etmək yerinə tam əksinə Ermənistandaki revanşist meylləri təhrik etməyə onları canlı saxlamağa ,dinamik saxlamağa xidmət edir".