"Cənab Prezident İlham Əliyevin Türkiyənin Ankara şəhərinə olan səfərinin məqsədi Türkiyədən Naxçıvana çəkilən qaz kəmərinin açılışı ilə bağlı idi".
Bunu SİA-ya Milli Məcliisn deputatı ELman Məmmədov deyib.
O, bildirib ki, orada eyni zamanda bölgəmizə aid olan günün aktual məsələləri, problemləri də daxil oldu: "Çox güman ki, orada Zəngəzur dəhlizi məsələsidə müzakirə olunubdur. Regional təhlükəsizlik məsələləri də müzakirə olundu. Əməkdaşlığın getdikcə yüksək səviyyədə inkişaf etdirilməsi məsələləri müzakirə olunubdur. Yəni biz bir millət iki dövlət olaraq heç bir ayrı düşüncəli fikirlərimiz yoxdur və olmuyacaqdır. Bir-birimizə güvənərək inkişaf edən dövlətlərik. Eyni zamanda da bir- birimizin təhlükəsizliyini təmin etmək üçün lazımı tədbirlər görən dövlətlərik. Qaz kəmərinin açılışı yəni təməl qoyma açılış bunlar hamısı həyata keçirildi. Bu Naxçıvan dayanıqlı qazla təmin olunması üçün çox vacib şərtlərdən biri idi. Yəqin ki, bu gələcəkdə Qaz kəmərinin gəlişi ilə də bağlı yolların açılışı ilə də bağlı ətraflı uzaq görən planlarda orada müzakirə olunubdur. Hər halda iki qardaş dövlətin rəhbərlərinin görüşü ancaq dövlətlərimiz üçün eyni zamanda regionumuz üçün çox xeyir verən görüşlərdir. Mən bütün bunları alqışlayıram".