"Ana südü ilə qidalanma yeni doğulmuş körpə üçün ən ideal təbii qidalanma üsuludur. Ana südü körpənin sağlam inkişafı üçün vacib olan bütün qida maddələridir, vitaminlərdir. İmmunitetgücləndirici maddələrlə zəngindir. İlk 6 ay körpənin yalnız ana südü ilə qidalanması tövsiyə olunur. Bu həm körpənin immunitet sistemini gücləndirir, həzm sistemini qoruyur, həm də allergiyasının qarşısını alır. Ana südü həmçinin uşağın psixoloji, emosional inkişfına müsbət təsir göstərir. Təbii ki, bununla da yanaşı ana ilə körpə arasında bağ yaradır". Bunu SİA-ya açıqlamasında həkim-pediatr Səbinə Məmmədova deyib.
Onun sözlərinə görə, 0-6 ay əsasən körpə ama südü ilə qidalanmalıdır: "6 aydan 1 yaşa qədər ana südü ilə yanaşı məsləhət olunarsa artıq əlavə qidalanmaya keçə bilərlər. Ana südü faydalı olduğu halda bəzi valideynlər təbii qidalanmadan çox əlavə qidalanmalara üstünlük verirlər. Bunun bir çox səbəbləri vardır. Südün kifayət qədər olmaması bəzi hallarda süd ifrazının az olması və yaxud körpənin doymaması ilə bağlı ola bilər. Təbii problemlər də çox ola bilər. Anada, körpədə müəyyən xəstəliklər ola bilər. Ana südünün verilməməsinin mümkünsüz səbəblərindən biri də budur. Artıq bəzi istisnalar vardir ki, ana südünü körpəsinə verə bilmir və yaxud süd vermənin çətinliyi yəni bəzi körpələrdə düzgün əmmə bacarmır buna görədə ana digər qidaya keçir. Həmçinin qeyd etdiyim kimi bəzən ananın ətrafındakı olan təsirlər anaya südünün yetərsiz olduğu düşüncəsini yaradır və buda süni qidalanmanın erkən təsirini göstərir. Ana mümkün qədər maariflənməlidir. Hamiləliyə hazırlaşan qadınlar, süd verən qadınlar mütləq şəkildə maariflənməlidir. Biz bu yolda analara körpələrin həyatının ilk addımından başlayaraq hər zaman dəstəyik".
Müəllif: Fidan Hüseynova