Bu gün minifutbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşəcək

11 Mart 2025 11:17 (UTC+04:00)

Bu gün minifutbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşəcək. SİA xəbər verir ki, həlledici görüşdə "Zirə" və "Birbaşa Bakı" komandaları üz-üzə gələcək.

Matç saat 21:00-da, Bakı Tennis Akademiyasında start götürəcək.

Qeyd edək ki, ötən il "Birbaşa Bakı" komandası Azərbaycan çempionu olmuşdu.