"Neftçi"nin futbolçusu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib

11 Mart 2025 10:43 (UTC+04:00)

“Neftçi”nin futbolçusu Höccət Haqverdi Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının XXVI turuna təsadüf edib.

32 yaşlı müdafiəçi “Turan Tovuz”la görüşdə (1:1) iştirak edib. O, Premyer Liqada 2 klubun formasını geyinib. H.Haqverdi “Sumqayıt”da 40 (1 qol), “Neftçi”də 60 matç keçirib.

Qeyd edək ki, futbolçunun debütü 2020/2021 mövsümündə olub. H.Haqverdi 2021-ci il yanvarın 22-də “Şamaxı” – “Sumqayıt” matçında (0:1) qonaqların heyətində meydana çıxıb.