"Əslində yavaş-yavaş "Lənkəran"nın oyun üslubuna alışıram". Bunu SİA-ya açıqlamasında "Lənkəran"nın yeni transferi Vladislav Frolov deyib.
O, komandaya adaptasiya prosesindən bəhs edib: "Komanda yoldaşlarım məni yaxşı qarşıladılar və bu adaptasiyamı sürətləndirdi. Ukraynalı basketbolçu gələcək oyunlarda komandaya daha faydalı olmaq üçün əlindən gələni edəcəyini bildirib".
Frolov son oyunlarda uğursuzluqların səbəblərindən də danışıb: "Bu sir deyil ki, bizim heyətdə son matçlar da cəmi 9 basketbolçu yer alıb. Onlar arasında 1 zədəlimiz də var. Bu məşq prosesi zamanı məşqçiyə böyük çətinliklər yaradır. Düşünürm ki, pley-ində öz ritmimizi tapacağıq və hamıya nəyə qadir olduğumuzu göstərəcəyik".
Lənkəran XVII turdan sonra ABL-da B qrupunda sonuncudur. Buna baxmayaraq Frolov yeni klubunun zəif olmadığını düşünür : "Gəncə"də oyna dığım zaman "Lənkəran"a qarşı matçlarda rəqibin (indiki komandasının) keyfiyyətli heyəti və məşqçisi olduğunu bilirdik. Bura gəldikdən sonra buna bir daha şahid oldum. Mən komandamızı zəif hesab etmirəm. Düşünürəm ki, sadəcə kadr çatışmazlığımız var. Ümumilikdə perspektivli kollektiv olduğumuz fikrindəyəm".
Vladislav Lənkəran şəhərinə alışdığını da bildirib: "Gəncə böyük şəhərdi. Amma Lənkəranın da öz üstünlükləri var. Burda dənizi olması və onun sahilində zalın mövcudluğu çox xoşuma gəlir. Şəxsən mənim üçün hər şəhər özünə görə gözəldir. Bu yeni təcrübə və çağırışdır".
Qeyd edək ki, "Lənkəran" 17 turdan sonra 20 xal toplayıb.