Ötən gün axtarışda olan 18 nəfər saxlanılıb

11 Mart 2025 10:25 (UTC+04:00)

Ötən gün axtarışda olan 18 nəfər saxlanılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının martın 10-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 18 nəfər saxlanılaraq istintaqa təhvil verilib.