Azərbaycanın futzal millisi bu gün Yunanıstanla üz-üzə gələcək

11 Mart 2025 09:20 (UTC+04:00)

Azərbaycanın futzal millisi AVRO-2026-nın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. SİA-nın məlumatına görə, Vitali Borisovun baş məşqçisi olduğu komanda IV turda Afinada Yunanıstanın qonağı olacaq.

V qrupun qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Görüşü Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

AVRO-2026, əsas mərhələ
V qrup
21:00. Yunanıstan - Azərbaycan
Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvan İvanov (hamısı Bolqarıstan).
Hakim-inspektor: Sven Eyhler (Almaniya).
UEFA nümayəndəsi: Andrey Miadzvedzeu (Belarus).
Afina. DAİS Sports Hall.

Qeyd edək ki, V qrupda Xorvatiya 9 xalla liderdir. Yunanıstan 4 xalla ikinci, Azərbaycan 2 xalla üçüncü, İsveç 1 xalla sonuncu - dördüncüdür.