Finlandiyada Atom Elektrik Stansiyasında qəza baş verdi

11 Mart 2025 01:56 (UTC+04:00)

Finlandiyada Olkiluoto Atom Elektrik Stansiyasında (AES) maye sızması baş verib. SİA xəbər verir ki, "RİA Novosti" bu barədə "Teollisuuden Voima" (TVO) stansiyasının operatorunun bəyanatına istinadən bildirib. Məlumata görə, hadisə martın 7-də baş verib. Zavodun işçiləri, ətraf mühit və ya nüvə təhlükəsizliyi üçün təhlükə yaranmayıb. Reaktor hovuzunun doldurulması ilə əlaqədar stansiyanın üçüncü enerji blokunda soyuducu maye sızması aşkarlanıb. Onun həcmi təxminən 100 kubmetr olub. Bildirilir ki, martın 1-dən AES-in üçüncü reaktorunda illik texniki xidmət aparılır. Xatırladaq ki, ötən ilin noyabr ayında Olkiluoto Atom Elektrik Stansiyasının üçüncü blokunda yaranan nasazlıq səbəbindən elektrik enerjisi istehsalı dayandırılmışdı.