Vladimir Putin Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif edib

10 Mart 2025 22:40 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif edib.

SİA xəbər verir ki, Rusiya dövlət başçısının Fərmanı 2025-ci il martın 10-da dərc olunub. Sənəddə qeyd olunur ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsində xidmətlərinə görə təltif edilib.