Zelenski Səudiyyə Ərəbistanına gəlib

10 Mart 2025 20:08 (UTC+04:00)

Ukrayna prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə danışıqlar aparmaq üçün Ciddəyə gəlib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “The Guardian” yazır.

Martın 11-i çərşənbə axşamı, fevralın 28-də Ağ Evdə ABŞ prezidenti Donald Tramp və Zelenski arasında mübahisədən sonra Kiyev və Vaşinqton nümayəndələri arasında ilk rəsmi görüş Səudiyyə Ərəbistanında baş tutacaq.

Əli Babayev