Ötən il 346 müəllifin 660 əsəri qeydiyyatdan keçirilib

10 Mart 2025 19:54 (UTC+04:00)

2024-cü ildə 346 müəllifin (hüquq sahibinin) 660 əsəri, o cümlədən 306 müəllifə məxsus 543 əsər elektron qaydada qeydiyyatdan keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyinin hesabatında qeyd olunub. Qeydiyyatdan keçirilmiş əsərlərin 138-i musiqili əsərdir, bu da 2023-ci illə müqayisədə

56 faiz çoxdur. Qeydiyyata alınmış audiovuzual əsərlərin sayı 96 (2023-ci ildə 4 audiovuzual əsər) olub. 42 dizayn əsəri (2023-cü ildə 16), 16 dekorativ tətbiqi sənət əsəri (2023-cü ildə isə

7) və 5 mültimedia əsəri (2023-cü ildə qeydiyyat üçün mültimedia əsəri təqdim olunmayıb)

qeydiyyata alınıb.

Hüquqların verilməsi barədə 35 müəllif müqaviləsi (2023-cü ildə 29) və 32 kompüter

proqramı qeydiyyatdan keçirilib.

Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən indiyədək Agentlikdə 16 min 228 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən 2125 əsər elektron qaydada qeydiyyatdan keçirilib.