Ötən il Dövlət reyestrində 185 patent qeydiyyata alınıb

10 Mart 2025 19:43 (UTC+04:00)

2024-cü ildə Dövlət reyestrində 185 patent (2023-cü ildə 151 patent), o cümlədən ixtiralara dair 128 (2023-cü ildə 103), faydalı modelə aid 43 (2023-cü ildə 36) və sənaye nümunələrinə aid 14 (2023-cü ildə 12) qeydiyyata alınıb.

SİA xəbər verir ki, bu barədə məlumat Əqli Mülkiyyət Agentliyinin hesabatında yer alıb. Bildirilib ki, hesabat ilində qeydiyyata alınmış ixtira patentlərinin 97-i milli, 31-i isə xarici hüquqi (2023-cü ildə milli hüquq sahiblərinin sayı 87 və xarici hüquq sahiblərinin sayı 16 olub) şəxslərə aid olub.

Patent fəallığı 2023-cü illə müqayisədə 22 faiz artıb.