2024-cü ildə Əqli Mülkiyyət Agentliyinə ixtira, faydalı model və sənaye nümunəsinin patentləşdirilməsinə dair 310 iddia sənədi (2023-cü ildə 302 iddia sənədi), o cümlədən ixtiraya aid 204 (2023-cü ildə 201), faydalı modelə aid 69 (2023-cü ildə 67), sənaye nümunəsinə aid 37 (2023-cü ildə 34) və Avrasiya patentinin alınması üçün 39 (2023-cü ildə 35) iddia sənədi daxil olub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə agentlikdən məlumat verilib. Bildirilib ki, patentlərin alınması ilə bağlı daxil olmuş iddia sənədlərinin sayı (ixtira fəallığı) 2023-cü illə müqayisədə 2024-cü ildə 4 faizə yaxın artıb. Qeyd olunub ki, həyata keçirilən islahatlar nəticəsində ölkəmiz patent sifarişləri üzrə, yəni ixtira fəallığına görə Cənubi Qafqazda liderdir.