Ceyhun Bayramov Qazaxıstana rəsmi səfərə yola düşüb

10 Mart 2025 18:20 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana rəsmi səfərə yola düşüb.

SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rəsmi səfər çərçivəsində martın 11-də nazir Ceyhun Bayramovun Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu, habelə digər yüksək səviyyəli rəsmilər ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.