DOGE-nin altı həftəlik auditindən sonra ABŞ hökuməti USAID-in 1000-ə yaxın proqramı və ya ümumi məbləğin 17 faizi üçün maliyyəni saxlamaq qərarına gəlib.
SİA-nın məlumatına görə, DW xəbər verir ki, onları birbaşa Dövlət Departamenti idarə edəcək.
ABŞ dövlət katibi Marko Rubio martın 10-da bildirib ki, Vaşinqton ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramlarının 83 faizini ləğv edir.
Dövlət Departamenti USAID-in qalan proqramlarını idarə edəcək,
Bunu Rubio bildirib.
…USAID mülki xarici yardım və inkişaf əməkdaşlığının idarə edilməsinə cavabdehdir. Müstəqil agentliyin illik büdcəsi əvvəllər 42,8 milyard dollar (41,5 milyard avro) olub.
Əli Babayev