"Martın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək". Bunu SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Qurum rəsmisi bildirib ki, bəzi yerlərdə ara-bir duman olacaq: "Cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 10°-15° isti olacaq. Bölgələrdə də əsasən yağmursuz hava şəraiti gözlənilir. Bəzi yerlərdə ara-bir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında gecə saatlarında 17°-22°, dağlıq ərazilərdə isə 8°-13° dərəcə isti olacaq".
Müəllif: Qumral Əlizadə