"Martın 5-6 da Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi dövlət səfəri çox mühüm bir ərəfədə oldu. Belə ki, həmin səfər zamanı Naxçıvan qaz kəmərinin açılışı oldu. Bu da Naxçıvana sabit qaz təminatının təmin olunması üçün çox müsbət bir hadisədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, biz Naxçıvana İran vasitəsilə qaz alırdıq: "İndi isə Azərbaycan qazı Türkiyə üzərindən həm Türkiyə həm də Avropanın 10-dan artıq ölkəsinə nəql olunur. Eyni zamanda Azərbaycan və Türkiyə qardaşlığı bundan irəli gəlirki, 2021-ci ildə bizim müttəfiqlik haqqında strateji əməkdaşlığımız bəyannaməsi imzalandı. Və bu bizim təhlükəsizliyimiz, müdafiə, iqtisadi, siyasi hərtərəfli bəyannaməmiz oldu. Bu da bizim qardaş xalqların bir-birinə dəstək olması, bir-birinə həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən kömək göstərməsi üçün mühüm bir addım oldu. Bundan sonra da Azərbaycanda Qarabağın yenidən qurulmasında Türkiyənin də çox böyük dəstəyi oldu və bugün də türk şirkətləri həmin yaradıcılıq quruculuq işlərində iştirak edir. Eyni zamanda Azərbaycan ilə Türkiyə dünyanın çox böyük beynəlxalq tədbirlərdə, o cümlədən BMT-nin, ATƏT-in və digər beynəlxalq qurumun müsəlman birliyinin iqtisadi inkişaf formatında da bir yerdə daim eyni formada iştirak edirlər. Bizim ümumi məqsədimiz Türk dövlətlərinin birliyinin daha da inkişaf etdirilməsidir. Ona görə də Azərbaycan və Türkiyə Türk dövlətlət birliyi təşkilatını yaradaraq bu birliyin daha da güclənməsi üçün əllərindən gələni edirlər. Türkiyə digər türk dövlətlərinə də öz qardaşlıq qayğısını göstərir. İlk növbədə birinci olaraq Azərbaycandır. Azərbaycanda türk dövlətlər təşkilatının yaranmasına, güclənməsinə, ikişaf etməsinə çox böyük əməyi var. Çünki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev dəfələrlə orta Asiya ölkələri - Qazaxıstan, Özbəkistan, Türkmənistana hər birinə ayrı ayrılıqda ildə bir neçə dəfə səfər edib və dostluğu daha da möhkəmləndirib. Ona görə də Azərbaycan ilə Türkiyənin ortaq maraqları da var. Bu ortaq maraqlarda odur ki, türk dövlətləri birliyini daha da inkişaf etdirsin, iqtisadiyyatı inkişaf etdirsin və gələcəkdə də böyük türk dövlətləri birliyi vahid bir cəbhədən çıxış etsinlər. Hal-hazırda bildiyimiz kimi dünya yenidən bölünür, yenidən formatlaşır bunun üçün təbii ki, bizə ən yaxın olan türk dövlətləri birliyidir və onların birlikdə inkişafı bizi sevindirir. Görüşdə də çox mühüm məsələlər müzakirə olundu. Həm Türkiyə dövlətinin prezidenti Rəcəb Tayyib Ərdoğan, həm Azərbaycan dövlətinin prezidenti İlham Əliyev qarşılıqlı iqtisadi inkişafın yollarından danışdılar. Həm də bizim bir-birimizə olan qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün ayrı-ayrı məsələlər qaldırıldı. Azərbaycan Bakı-Tblisi-Qars dəmiryolunu bağlayıb, ancaq bizim Zəngəzur dəhlizinə açılıb Naxçıvan və Azərbaycan Türk dünyasının birləşməsi üçün hələ də əngəl törədirlər. Hesab edirəm ki, bütün bunların hamsı həll olunacaq. Çünki Türkiyə-Azərbaycan qardaşlığı möhkəmdir və bunun qarşısında Ermənistan və başqa ölkələr duruş gətirə bilməz".