Gəncə xəstəxanasında 4 yaşlı uşağın ölümü qeydə alınıb

10 Mart 2025 16:28 (UTC+04:00)

Gəncə şəhəri 2 saylı Uşaq Xəstəxanasında azyaşlının ölümü qeydə alınıb. SİA-nın məlumatına görə, Gəncə şəhər sakini, 2021-ci il təvəllüdlü H.Hüseynov yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Ona həkimlər tərəfindən tibbi yardım göstərilsə də, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırıma aparılır