Azərbaycan - Haiti oyununun biletləri satışa çıxarılıb

10 Mart 2025 15:45 (UTC+04:00)

Futbol üzrə Azərbaycan və Haiti milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun biletləri satışa çıxarılıb. SİA xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Biletlərin qiyməti 2, 5 və 10 (VİP) manat təşkil edir.

Azarkeşlər biletləri "Gənclik Mall", "28 Mall", Köşk No1 (Sahil m. M.Rəsulzadə 3), Köşk No2 (Bülbül prospekti, Nizami küç.), 1 Saylı ASAN xidmət mərkəzi, 2 Saylı ASAN xidmət mərkəzi, 3 Saylı ASAN xidmət mərkəzi, 4 Saylı ASAN xidmət mərkəzi və 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzindən əldə edə bilər.

Oyun günü matçın keçiriləcəyi stadionun kassalarında da bilet satışı təşkil olunacaq.

Qeyd edək ki, qarşılaşma martın 22-də, saat 21:45-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.