Son iki ayda Şuşa DOST filialında 343 vətəndaşa xidmət göstərilib

10 Mart 2025 14:36 (UTC+04:00)

Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialında bu ilin iki ayında 343 vətəndaşa xidmətlər göstərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, müraciətlər pensiya və müavinət, sosial xidmət, məşğulluq, əlillik və s. məsələləri əhatə edib.

Xidmət üçün müraciət edən vətəndaşların orta gözləmə müddəti 55 saniyə, orta xidmət müddəti isə 7 dəqiqə 42 saniyə təşkil edib.

Şuşa filialında göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 99,7 faiz təşkil edib.